Artıq Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə mülki prokurorluqlar işə başlayıb.
APA xəbər verir ki, Baş prokuror Kamran Əliyev bunu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gələcəkdə işğaldan yeni azad edilmiş ərazilərdə də mülki prokurorluqlar işə başlayacaq:
"Qubadlı və Laçında hərbi prokurorluqlar işə başlayıb. Mülki əhali gəlməyə davam etdikcə işğaldan azad edilmiş bütün ərazilərdə bu proses davam etdiriləcək".