Bank Of Baku

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb

Kürdəmirdə qadın əməliyyatdan sonra ölüb
# 12 dekabr 2022 09:10 (UTC +04:00)

Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub.

Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat edib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR