Bank Of Baku

Lahıcda yolsuzluq şəraitində qalan maşın təhlükəsiz əraziyə çıxarılıb

Lahıcda yolsuzluq şəraitində qalan maşın təhlükəsiz əraziyə çıxarılıb
# 15 fevral 2023 10:23 (UTC +04:00)

İsmayıllı rayonunun Lahıc qəsəbəsində içərisində 1 nəfərin olduğu “Jeep” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobilin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR