Lənkəranda 90 yaşlı qadın yanaraq ölüb

Lənkəranda 90 yaşlı qadın yanaraq ölüb
# 25 iyun 2024 08:37 (UTC +04:00)

Lənkəranda binada yanğın olub, 90 yaşlı qadın yanaraq ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Girdəni kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində yerləşən iki mərtəbəli, 16 mənzilli binada yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub.

Dərhal əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri, texnika və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində yanğının lokallaşdırılıb. Yanğının söndürülməsi zamanı mənzillərin birində 1934-cü il təvəllüdlü Əcəbnaz Əsgərəli qızı Əsgərovanın meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafisə orqanları əməkdaşları baxış keçirib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, bina sakinlərindən başqa xəsarət alan olmayıb.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə barədə FHN də məlumat yayıb. Məlumata görə, Lənkəran şəhərinin Girdəni kəndində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR