Bank Of Baku

Lənkəranda ev və avtomobil yanıb, bir nəfər xəsarət alıb - FOTO

Lənkəranda ev və avtomobil yanıb, bir nəfər xəsarət alıb - FOTO
# 16 fevral 2023 14:37 (UTC +04:00)

Lənkəranda yanğın olub.

APA - nın Cənub bürosu xəbər verir ki, yanğın hadisəsi şəhərin Fizuli küçəsi 22 ünvanında qeydə alınıb. Mirəziz Mirbəşir oğlu Ağayevə məxsus evdə yanğın evin qaraj hissəsindən başlayıb. Qarajda olan “BMW” markalı avtomobil qəfil alovlanıb. Nəticədə şəhər sakini, avtomobil təmiri ustası olan 1980-ci il təvəllüdlü Nazim İltifat oğlu Verdiyev yanıq xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Nazim Verdiyevə sifətin birinci dərəcəli, sağ əlin bir-ikinci dərəcəli yanıqları diaqnozu qoyulub.

Hadisə yerinə FHN-nin 3 yanğınsöndürən maşını cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı FHN də məlumat yayıb. Məlumata görə, Lənkəran şəhərində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m², 1-ci mərtəbəsi qaraj və anbar kimi istifadə olunur) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə və qarajında dayanan “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR