Bank Of Baku

Lənkəranda evə basqın olub, 71 yaşlı qadın öldürülüb

Lənkəranda evə basqın olub, 71 yaşlı qadın öldürülüb
# 17 fevral 2023 12:40 (UTC +04:00)

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR