Bank Of Baku

Lənkəranda maşın dirəyə çırpılıb, yeniyetmə ölüb - FOTO

Lənkəranda maşın dirəyə çırpılıb, yeniyetmə ölüb - FOTO
# 22 yanvar 2024 11:08 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə FHN-in xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR