Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb.
APA-nın Cənub bürosunun verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı mikroavtobus, "KİA" markalı avtomobillə toqquşub. Nəticədə 5 nəfər, Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991-ci il təvəllüdlü Cəmalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001-ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini 1994-cü il təvəllüdlü
İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005-ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006 - cı il təvəllüdlü Nurşad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.