Bank Of Baku

Naxçıvan Doğum Mərkəzində dölün ölü doğulmasına görə cinayət işi açılıb

Naxçıvan Doğum Mərkəzində dölün ölü doğulmasına görə cinayət işi açılıb
# 15 fevral 2023 15:36 (UTC +04:00)

Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan APA-ya verilən məlumata görə, xəstəxananın həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR