Bank Of Baku

Naxçıvanda avtomobil dirəyə çırpılıb, xəsarət alan var - FOTO

Naxçıvanda avtomobil dirəyə çırpılıb, xəsarət alan var - FOTO
# 12 mart 2024 18:59 (UTC +04:00)

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. 71-BA-213 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin önünə piyada çıxdığından idarəetməni itirib. Yoldan çıxan maşın əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra səkinin üstünə aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR