Bank Of Baku

Naxçıvanda bir ailə qəzaya düşüb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Naxçıvanda bir ailə qəzaya düşüb, ölən və xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 06 oktyabr 2023 19:25 (UTC +04:00)

Naxçıvanda qəza zamanı ölən və xəsarət alan ailə üzvlərinin kimliyi məlum olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza nəticəsində ata - 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib. Ana - 1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, uşaqları 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.

Ana və qızının vəziyyəti orta-ağır, oğlunun isə vəziyyəti ağırdır.

***

19:08

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, 75-BH-431 nömrəli avtomobillə 71-BB-012 nömrəli avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

İlkin məlumata görə, xəsarət alan ana və iki övladı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, ata isə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR