Bank Of Baku

Naxçıvanda maşın aşıb, xəsarət alanlar var

Naxçıvanda maşın aşıb, xəsarət alanlar var
# 15 fevral 2023 09:41 (UTC +04:00)

Naxçıvanın Kəngərli rayonunda yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, rayonun Çalxanqala kəndində 1992-ci il təvəllüdlü Ceyhun Hacıyevin idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə, sürücü və sərnişin 2000-ci il təvəllüdlü Hülya Hüseynli müxtəlif bədən xəsarətləri alıb.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR