Naxçıvanda reklam lövhəsi aşıb, ölən var - FOTO - YENİLƏNİB

Naxçıvanda reklam lövhəsi aşıb, ölən var - FOTO  - YENİLƏNİB
# 19 sentyabr 2023 17:39 (UTC +04:00)

Naxçıvanda reklam lövhəsinin aşması nəticəsində xəsarət alan şəxs ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, 1963-cü il təvəllüdlü Qafarova Zimilə Həsən qızı xəstəxanada keçinib.

***

15.28

Naxçıvanda yeni quraşdırılan reklam lövhəsi aşıb, xəsarət alan var.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Yeni quraşdırılan reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Tumbul kənd sakini Qafarova Zimilə Həsən qızı xəsarət alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR