Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Babək məhəlləsində, "Naxçıvan" Universitetinin qarşısında qeydə alınıb.
Həydərzadə Tapdıq İsa oglunun idarə etdiyi 75-BL-174 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini 2003-cü il təvəllüdlü Babayeva Səlfinaz Sabir qızını vurub. Hadisə nəticəsində ciddi xəsarət alan 20 yaşlı qız təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.