Bank Of Baku

Naxçıvanda yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda yol qəzası olub, xəsarət alanlar var
# 21 fevral 2023 09:47 (UTC +04:00)

Naxçıvan-Şahbuz magistralında yol qəzası baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Şıxmahmud kəndi ərazisində baş verib.

İki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü - Şahbuz rayonu Ayrınc kənd sakinləri 1958-ci il təvəllüdlü Namiq Xudanov, 1981-ci təvəllüdlü Ramidə Xudanova, 1982-ci il təvəllüdlü Vüsal Xudanov və 2011-ci il təvəllüdlü Səkinə Xudanlı xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR