Bank Of Baku

Oğuzda 40 ağacın kəsilməsinə görə cinayət işi başlanıb, saxlanılan var

Oğuzda 40 ağacın kəsilməsinə görə cinayət işi başlanıb, saxlanılan var
# 25 fevral 2026 18:37 (UTC +04:00)

Oğuzda 40 ağacın kəsilməsinə görə cinayət işi başlanıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-nın Şimal-qərb bürosuna verilən məlumata görə, Oğuz rayonunun Muxas kəndində yerləşən meşə massivində 40 ədəd müxtəlif növ ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən kənd sakini, 30 yaşlı Pərvin Salamov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR