Bank Of Baku

Ötən il məişət zorakılığı ilə bağlı 68 nəfər ölüb

Ötən il məişət zorakılığı ilə bağlı 68 nəfər ölüb
# 20 fevral 2023 14:26 (UTC +04:00)

2022-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən xəbər verib.

Məlumata görə, həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,0 faiz azalıb. Onların da 81,1 faizini qadınlar (0,7 faiz azalma), 0,7 faizini (10,0 faiz artım) isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 6,3 faiz artaraq 68 nəfər (onlardan 51-i qadınlar) olub.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR