Prokurorluqda təyinatlar olub, Füzuli və Cəbrayılın prokurorları dəyişib

Baş prokuror Kamran Əliyev

© APA | Baş prokuror Kamran Əliyev

# 04 iyun 2024 16:30 (UTC +04:00)

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Baş prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Ramiz Əliyev Füzuli rayon prokuroru vəzifəsinə təyin olunub.

Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimov Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR