Hande Harmancı: Gələcəkdə daha çox çağırışlarla üzləşəcəyik, bu, qaçılmazdır

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı

© APA | Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı

# 20 iyun 2024 17:30 (UTC +04:00)

Sağlamlıq hər şey deyil, ancaq sağlamlıq olmadan da heç bir şey mümkün deyil. Bütün inkişaf səylərində sağlamlıq bir nömrəli prioritet olmalıdır.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantı çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı deyib.

“COVID-19 bunu bizə çox yaxşı öyrətdi. Bizə elə böyük sarsıntı vurdu ki, çox primitiv bir hissi, yaşamaq instinktini işə saldı. Sərhədlərimizi bağladıq. Hökumətlərimizə, ÜST-yə, qonşularımıza qarşı getdikcə daha çox şübhəli yanaşdıq. BVF hesablamalarına görə, COVID-19 bizə təxminən 14 trilyon dollar ziyan vurub. Təkcə bu ÜDM-in 9%-ni təşkil edirdi və biz institutlara qarşı etimadın itirilməsinin, hələ də davam edən ictimai iğtişaşların və çoxtərəfli qərarların qəbuluna təsirlərinin dəyərini hesablaya bilmirik.

İndi biz COP29 adlı başqa bir çoxtərəfli qərar qəbul etmə prosesinə hazırlaşırıq. Söhbət şübhəsiz ekzistensial problemdən, iqlim dəyişikliyindən gedir. Amma bu dəfə qaçıb qapıları bağlamağa yer yoxdur. Gedib yenidən həyata başlaya biləcəyimiz başqa planet yoxdur. Məsuliyyət götürmək və bununla bağlı addımlar atmaq gələcəkdə COVID-19 kimi pandemiyaların qarşısını almağın bir yoludur. Biz gələcəkdə daha çox çağırışlarla üzləşəcəyik, bu, qaçılmazdır. İnsanların həyatını xilas etmək, xərcləri azaltmaq və qlobal sülhə, inkişafa töhfə vermək üçün hökumətlər, ölkələr qüvvələrini birləşdirməlidir”, - Hande Harmancı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR