Bank Of Baku

Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib - YENİLƏNİB

Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs edilib - YENİLƏNİB
# 10 iyun 2024 18:30 (UTC +04:00)

Qadın sərnişinə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan taksi sürücüsü həbs olunub.

APA xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.

Məhkəmənin qərarı ilə Kənan Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.

***

00.03

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR