Bank Of Baku

Qızıl almaq istədiyini deyərək soyğunçuluq edən şəxs saxlanılıb

Qızıl almaq istədiyini deyərək soyğunçuluq edən şəxs saxlanılıb
# 31 yanvar 2026 12:26 (UTC +04:00)

Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

APA DİN-ə istinadən xəbər verir ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb. Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR