Bank Of Baku

Qubada 21 min manatlıq metal oğurlayanlar tutulub

Qubada 21 min manatlıq metal oğurlayanlar tutulub
# 22 fevral 2023 10:53 (UTC +04:00)

Qubada 21 min manatlıq metal oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayonun Ağbil kəndi ərazisində olan köhnə sənaye obyektindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar.

Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 ədəd mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı oğurlamaqla ümumilikdə zərərçəkmişə 21 000 (iyirmi bir min) manat yaxın ziyan vurublar.

Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hər üç şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR