Qusarda ev yanb, xəsarət alan var

Qusarda ev yanb, xəsarət alan var
# 28 yanvar 2022 13:25 (UTC +04:00)

Qusarda evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Girik kəndində ümumi sahəsi 286 m² (hər mərtəbəsi 143 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR