Bank Of Baku

Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb - YENİLƏNİB

Qusarda evdə yanğın olub, 83 yaşlı qadının meyiti tapılıb - YENİLƏNİB
# 12 oktyabr 2026 16:58 (UTC +04:00)

Qusardabaş verən yanğında ölən şəxsin kimliyi müəyyən olunub.

APA-nın yerli bürosu xəbər verir ki, meyiti tapılan şəxsin 1943-cü il təvvəllüdlü Hürüpəri Abdulkərimova olduğu bildirilir.

Hadisə oktyabrın 12-də gecə saatlarında baş verib.

***

15.51

Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR