Bank Of Baku

Sabirabadda itin güllələnməsinə etiraz edən qadın silahla hədələnib

Sabirabadda itin güllələnməsinə etiraz edən qadın silahla hədələnib
# 21 fevral 2023 12:02 (UTC +04:00)

Sabirabad rayonu ərazisində bir nəfərin ov tüfəngi ilə küçə itini öldürməsinə etiraz edən qadını əlindəki silahla hədələməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Şahin Qəhrəmanov müəyyən olunub.

Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR