Bank Of Baku

Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında qanunsuz tikili sökülüb - FOTO - YENİLƏNİB

Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında qanunsuz tikili sökülüb - FOTO  - YENİLƏNİB
# 27 fevral 2023 14:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən APA-ya verilən məlumata görə, daxil olan müraciət əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında vətəndaş tərəfindən qeyri-qanuni olaraq dənizkənarı sahənin daş hasarla bağlanması və dənizə girişin qarşısının kəsilməsi faktı müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı Şəhəri və paytaxtın Qaradağ Rayon İcra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikili sökülərək, vətəndaşların dənizə sərbəst giriş imkanı bərpa edilib.

***

13.22

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunun Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında qanunsuz tikintinin qarşısını alıb.

APA xəbər verir ki, FHN əməkdaşları həmin ünvanda reyd keçirib. Reyddə media nümayəndələri də iştirak edib. Müəyyən edilib ki, vətəndaş tərəfindən dənizkənarı sahə daş hasarla bağlanıb, dənizə girişin qarşısı kəsilib.

Qeyd olunub ki, FHN ərazidə qanunsuz inşa olunmuş tikilinin söküntüsü işləri aparır. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baş tikinti müfəttişliyinin inspektoru Müşfiq Hacıyev bildirib ki, Sahil qəsəbəsində dəniz kənarında mühafizə zonasında qanunsuz tikinti işləri aparıldığı müəyyən edilib:

"Bura mühafizə zonası hesab edilir. Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda İcra Hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb. Belə hadisələrə tez-tez rast gəlinir, lakin tərəfimizdən qarşısı alınır”.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR