Bank Of Baku

Salyanda avtomobil "KamAZ"la toqquşub, ölən və xəsarət alan var

Salyanda avtomobil "KamAZ"la toqquşub, ölən və xəsarət alan var
# 20 fevral 2023 09:09 (UTC +04:00)

Salyanda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, 1986-cı il təvəllüdlü Teymurzadə Qoşqar Səfərli oğlu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə 1976-cı il təvəllüdlü Ağayev Zaur Tağı oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobil ilə toqquşub.

Nəticədə “Toyota Corolla” minik markalı avtomobilində olan sərnişin, 1954-cü il təvəllüdlü Ağa Faiq Xudaverdi oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər sərnişin 1994-cü il təvəllüdlü Məmmədova Ülkər Rafiq qızı isə xəsarətlərlə xəstəxanaya daxil olub.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR