Şamaxıda yanğın olub.
FHN-dən APA-ya verilən məlumata görə, Şamaxı rayonunda (Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 130-cu kilometrliyi) ümumi sahəsi 420 m² olan fəaliyyət göstərməyən birmərtəbəli restoranın tüstü bacasının ətrafı 4 m² sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.