Bank Of Baku

Samux sakininin yumruqla öldürülməsi barədə cinayət işi açılıb

Samux sakininin yumruqla öldürülməsi barədə cinayət işi açılıb
# 21 fevral 2023 12:41 (UTC +04:00)

Samuxda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs tutulub.

Samux rayon prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR