Səbailin icra başçısı Badamdarda yanğın baş verən əraziyə gəlib - FOTO - VİDEO

Səbailin icra başçısı Badamdarda yanğın baş verən ərazidə

© APA | Səbailin icra başçısı Badamdarda yanğın baş verən ərazidə

# 04 sentyabr 2021 14:19 (UTC +04:00)

Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində yanğın olan əraziyə baş çəkib.

APA-nın məlumatına görə, Vuqar Zeynalovla bərabər başçının birinci müavini Vüqar Şıxəmmədov da ərazidə olub.

Qeyd edək ki, Badamdarda dağlıq ağaclıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Dağlıq ərazidə qeydə alınan yanğın 3 ha ərazini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR