Şəkidə 63 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Baş Laysıqı kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü Gülbahar Davud qızı Hüseynova yaşadığı ünvanın həyətyanı sahəsində yıxılıb. Nəticədə başından ağır xəsarət alan 63 yaşlı qadın hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.