Bank Of Baku

Şəkidə hündürlükdən yıxılan 10 yaşlı uşaq 8 gün sonra ölüb

Şəkidə hündürlükdən yıxılan 10 yaşlı uşaq 8 gün sonra ölüb
# 19 sentyabr 2023 10:58 (UTC +04:00)

Şəkidə 8 gün əvvəl hündürlükdən yıxılan 10 yaşlı uşaq ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Göynük kəndində baş verib.

Kənd sakini, 2013-cü il təvəllüdlü Kənan Sadiq oğlu Eminli sentyabrın 11-də yeni tikilməkdə olan evin damından yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azyaşlıya Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalardan birini göndərilib. K. Eminli sentyabrın 18-dən 19-na keçən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR