Bank Of Baku

Şərurda narkotikə görə 3 nəfər tutulub

Şərurda narkotikə görə 3 nəfər tutulub
# 14 fevral 2023 17:29 (UTC +04:00)

Polis orqanları tərəfindən Naxçıvan Muxtar Respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu kimi tədbirlərin davamı olaraq Şərur RPİ-nin əməkdaşları narkotik vasitələrin və pisxotrop maddələrin satışında və istifadəsində şübhəli bilinən 3 nəfər Şərur rayon sakini müəyyənləşdirərək saxlanılıb və onlar barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Şərur rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə müvafiq olaraq, 1994-cü il təvəllüdlü Oğlanqala kənd sakini Əyyub Abdullayevə 30 gün, 1991-ci il təvəllüdlü Comaxtur kənd sakini Rasif Əliyevə 30 gün və 1994-cü il təvəllüdlü Qarxun kənd sakini Əli Məmiyevə isə 25 gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR