Şirvanda 22 yaşlı gənc iş yerində ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 4 radələrində çörəkbişirmə sexində baş verib. Şirvan sakini, 2002-ci il təvəllüdlü Abbasov Abbas Adil oğlu işlədiyi sexdə ölmüş vəziyyətdə aşkar edilib. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.