Sumqayıtda valideynlərini öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB-1

Sumqayıtda valideynlərini öldürməkdə şübhəli bilinən şəxs tutulub  - YENİLƏNİB-1
# 19 aprel 2024 07:20 (UTC +04:00)

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***
03.20

Aprelin 19-də saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onların oğlu, 2000-ci təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu polis əməkdaşları tərəfindın saxlanılıb.

Araşdırma aparılır.


***
03:16

Sumqayıt şəhərində ərlə arvad qətlə yetirilib.

APA xəbər verir ki, hadisə 41-ci məhəllədə 18 saylı yataqxanada qeydə alınıb.

Meyitlərin şəxsiyyəti dəqiqləşdirilir.

Aidiyyatı orqanların əməkdaşları hadisə yerinə cəlb olunub, fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR