Bank Of Baku

Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub

Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxunub
# 16 yanvar 2026 12:08 (UTC +04:00)

Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən Z.B.nin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z.B. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər prokurorluğunda aparılan araşdırmalarla 1981-ci il təvəllüdlü Aslan Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi məlum olub. Ölən şəxsin əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan oğlu Z.B. saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR