Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi ilə Zülfi Hacıyev küçələrinin kəsişməsində qeydə alınıb.
1958-ci il təvəllüdlü Quliyev Nurəddin Nəsrəddin oğlunu avtomobil vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Quliyev həkimlərin səylərinə baxmayaraq yerləşdirildiyi Respublika Neyrocərrahiyyə xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis idarəsində cinayət işi başlanıb.
Əli Əliyev