Bank Of Baku

Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO - YENİLƏNİB

Sumqayıtda yaşayış binasında yanğın olub - VİDEO  - YENİLƏNİB
# 22 fevral 2023 17:30 (UTC +04:00)

FHN Sumqayıtda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin eyvanında 1 ədəd kombi aparatı, 1 ədəd su qızdırıcısı, 5 m² sahədə dolab və qismən eyvanın plastikdən ibarət qapısı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

14.09

Sumqayıtda yaşayış binasında yanğın olub.

APA xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində yerləşən yaşayış binasının 5-ci mərtəbəsindəki mənzillərdən birində baş verib.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğının genişlənməsinə imkan verilməyib, digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın qısa müddətdə söndürülüb.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR