Bank Of Baku

Şuşada xeyli silah-sursat aşkarlanıb - FOTO

Şuşada xeyli silah-sursat aşkarlanıb - FOTO
# 17 fevral 2023 15:18 (UTC +04:00)

Şuşada silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 1 “İqla” hava hücumundan müdafiə sistemi, 1 “Faqot” tank əleyhinə sistem, 1 avtomat, 1 tüfəng, 9 müxtəlif növ əl qumbarası, 45 müxtəlif növ mərmi, 4 partlayıcı, 1325 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR