Sentyabrın 29-u Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla 1991-ci li təvəllüdlü Ceyhun İsrəfilovun aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhəri, M.Maqomayev prospektinde tanışı Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Ceyhun İsrəfilov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
***
15.24
Sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğluna kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü İsrafilov Ceyhun Sahib oğlu saxlanılıb.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
***
Sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.