Tərtərdə kanalda 37 yaşlı qadının meyitinin tapılması ilə bağlı araşdırma aparılır

Tərtərdə kanalda 37 yaşlı qadının meyitinin tapılması ilə bağlı araşdırma aparılır
# 27 iyun 2024 12:30 (UTC +04:00)

Tərtərdə su kanalında qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə APA-ya rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, iyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR