Baş Prokurorluq Tərtərdə mina partlaması barədə məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
17.34
Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Araşdırma aparılır.