Bank Of Baku

Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlanıb

Tovuzda 32 yaşlı şəxs kafedə bıçaqlanıb
# 01 fevral 2026 08:44 (UTC +04:00)

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR