Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-cü il təvəllüdlü M. Süleymanovanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.