Bank Of Baku

Ucarda avtomat satmaq istəyən şəxs tutulub

Ucarda avtomat satmaq istəyən şəxs tutulub
# 31 yanvar 2026 12:14 (UTC +04:00)

Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşkarlanıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Ucarda polisin həyata keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnilov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR