Bank Of Baku

Ucarda dəmir yolu stansiyasında komada olan yaralı şəxs tapılıb

Ucarda dəmir yolu stansiyasında  komada olan yaralı şəxs tapılıb
# 13 mart 2023 10:22 (UTC +04:00)

Ucarda dəmiryolu stansiyasından koma vəziyyətində olan yaralı şəxs tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında bir nəfər şəxsin dəmi yolu stansiyasında yaralı və huşsuz vəziyyətdə olması ilə bağlı Ucar Mərkəzi rayon Xəstəxanasının təcili yardım şöbəsinə müraciət olunub. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, koma vəziyyətində olan şəxs, Göyçay rayonunun Çərəkə kənd sakini, 1990-cı il təvəllüdlü Samir Faiq oğlu İbrahimovdur. Həkimlər S. İbrahimovun vəziyyətinin ağır olduğunu deyirlər. Zərərçəkənin hansı səbəbdən belə bir duruma düşməsi barədə hələlik dəqiq məlumat yoxdur. Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR