Bank Of Baku

Ucarda qadının evinə basqın olub

Ucarda qadının evinə basqın olub
# 17 fevral 2023 09:09 (UTC +04:00)

Ucarda evə basqın olub.

APA xəbər verir ki, Həsənova Nurayyə Mirzə qızı Ucar RPŞ-nə ərizə ilə müraciət edib.

O, yaşadığı fərdi yaşayış evində tək olduğu vaxt evinə basqın edildiyini, üzərində qara rəngli maska olan iki nəfər şəxsin əl-qolunu yapışqan lentlə bağlayıb evin yataq otağında olan yük döşəklərinin altından 7000 manat nağd pulu götürərək uzaqlaşmalarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kərimov Müşfiq Cavanşir oğlu və Kərimov Cavanşir İbad oğlu şübhəli şəxs qismində tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR