Bu gün Gəndob-Yalama yolunda baş verən qəzada ölən şəxslərin kimliyi müəyyənləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə zamanı "Mercedes" markalı maşının sürücüsü Köhnə Xudat kənd sakini 1981-cı il təvəllüdlü İslam Seyidov, Xudat şəhər sakinləri 1986-cı il təvəllüdlü Elmar Vəliyev və 1982-ci il təvəllüdlü Nizami Vahidov dünyasını dəyişib.
***
18.24
Xaçmazda üç nəfərin öldüyü yol qəzasında bir neçə nəfər xəsarət alıb.
APA xəbər verir ki, xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
***
17.47
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun "4-cü şöbə" adlanan hissəsində baş verib.
"Hyundai" və "Mercedes" markalı maşınların toqquşması nəticəsində 3 nəfərin öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.