Bank Of Baku

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan mühafizəçi şərti cəzadan azad edilib

“Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilov

© APA | “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilov

# 12 yanvar 2026 11:56 (UTC +04:00)

Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilova da şamil olunub.

APA xəbər verir ki, Ədliyyə Nazirliyi Probasiya xidmətinin Nurəddin Cəlilovla bağlı təqdimatına baxılıb.

Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, o, şərti cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, Nurəddin Cəlilov 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, cəza şərti hesab olunub, 2 il sınaq müddəti təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR