Bank Of Baku

Xankəndidə 17 avtomat, 21 qumbara aşkarlanıb

Xankəndidə 17 avtomat, 21 qumbara aşkarlanıb
# 13 mart 2024 09:46 (UTC +04:00)

Polis əməkdaşları Xankəndidə iki gün ərzində xeyli silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR